Üzərinə darvaza düşən şəxs ölüb
24.02.2017 695 0.0 0

Bərdə rayonunda bədbəxt hadisə baş verib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 23-də Bərdə rayon sakini Eyyub Muxtarov Qasımbəyli kəndində yerləşən təmir sexində qaynaq etdiyi dəmir darvazanın üstünə düşməsi nəticəsində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar