TƏHLÜKƏ SAÇAN DƏRMAN BAZARI-(2-ci YAZI)
13.01.2015 823 0.0 0

(Hörmətli oxuyucular - yazının əvvəli ilə aşağıdakı linkə tıklamaqla tanış ola bilərsiniz.

http://qazeta.info/news/d_rman_alanlar_oxusun_d_rman_bazari_t_hluk_sacir_yazi_1/2015-01-08-922  )

 

Qeyd olunan sahədə ciddi istehlakçı hüquqnun pozulması halı təkcə apteklərdə və dərman satışını həyata keçirən firmalarda axtarmaq düzgün sayılmazdı.Bir vətəndaş və insan kimi əgər hansısa şirkət nümayəndəsi əhəmiyyət verməyərək bu peraparatları dərman bazarına yeridə bilirsə onunla bərabər rəsmi strukturlar və belə şəxslərin alveriə əsas imkan yaradanlar srasında həkimlər də çoxdur.

Belə ki , Məlumatımıza görə nəinki Çindən gətirilən dərmanlar, hətta avropa və digər  ölkədən Azərbaycana daxil olan dərman peraparatlarının satışında birinci növbədə həkimlər rol oynayır.Mənbənin verdiyi məlumatda bildirilir ki, Bütün dərman şirkətləri həkimlərlə ticarət əlaqəsinə girərək öz mallarının katalokunu təqdim edir.

Bunulada, demək olar ki ,ölkədə fəaliyyət göstərən dərman şirkətləri onun malını  reseptlərə yazıb (xatırladaq ki reseptlər 3 nüsxədən ibarət olur.Həkimlər Nüsxənin biri özlərində saxlamaqla ,birini xəstəyə biri isə dərman şirkətinə ötürür) satışını təşkil edən həkimlərə yazdığı bütün reseptlər ay sonu hesablanaraq gəlirin 25% ni həkimlərə ödənilir.Hətta belə deyək ki, bu məbləği həmin şirkətlər tam əminliklə ödəyir.Çünki bütün sınaq və yoxlanışlardan keçən bu iş mexanizmi praktiki olaraq sübut olunub ki həkimlərin yazdığı reseptlərdəki dərmanların 94-97 faiz  alınır.Bu səbəbdən də firmalar yerdə qalan 3-5 faizə görə belə demək mümkünsə xırdaçılıq etmir və sövdələşmədə nəzərdə tutulan 25 faizi ödəyir.

 

Əlavə olaraq bildirək ki,Dərman bazarında belə pərakəndəliyin baş alması həkimlərin lazım oldu olmadı reseptlərə vitamin qrupundan olan bahalı dərmanları əlavə edərək bu dərmanların da qəbul olunmasını tələb edirlər ki bu da yuxarıda qeyd olunan səbəblərdən əldə olunacaq faiz miqdarının artırılmasına xidmət edir.

Xatırladaq ki araşdırmalar onu göstərib ki, yuxarıda qeyd olunan pərakəndəlik hazırkı günə  daha artmışdır.Belə ki dərman bazarındakı özbaşnalıq və rahat pul qazanmaq üçün olan şərait bir çox imkanlı adamların bu sahəyə yönəlməsinə imkan verib.

Ölkədə dərman bazarının nəzarətsiz qalması və dərman peraparatlarının xüsusi norma ,limit, keyfiyyət və   eyni tərkibdə lakin müxtəlif adda dərmanların  bazara soxulması insanlar soymaqla yanaşı ən əsası sağlamlığını təhlükəyə atmaq kimi hallara şərait yarada bilir.

Bu baxımdan da qeyd olunan sahədə hər hansı bir mexanizmin hazırlanıb tətbiq olunması günün əsas məsələsinə çevrilməli, qiymət siyasəti başda olmaqla ölkəyə daxil olacaq dərman qrupları yeri gəlsə siyahılaşdırılmalı və keyfiyyəti aşağı olan, mənşəyi şübhəli hesab olunan dərmanlar sxışdırılıb bazardan çxarılması, eyni tərkibdə lakin başqa adda olan dərmanların isə müəyyən bir hissəsi də bazarlardan çxarılması insanlar üçün daha keyfiyyətli xidmətin göstərilməsi ilə nəticələnə bilər.

PS.Mövzudan narazı olan aidiyyatı tərəflərin mövqeyini yayımlamağa hazırıq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar