Üzən məzənnə rejiminə keçiddən sonra dollar ilk dəfə olaraq ucuzlaşıb
12.01.2016 1056 0.0 0

Azərbaycan Mərkəzi Bankı (AMB) sabaha olan dolların manata qarşı rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən  verilən məlumata görə, yanvarın 13-ə USD/AZN rəsmi məzənnəsi 1,5682 səviyyəsində müəyyən olunub.
 
Qeyd edək ki, bu günə olan USD/AZN məzənnəsi 1,5685 olub. Beləliklə, dollar manata qarşı 0,0003 manat və 0,02% zəifləyib.
 
Əlavə edək ki, AMB-nin İdarə Heyətinin ötən ilin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərardan sonra manat ilk dəfə olaraq dollara qarşı möhkəmlənib. Ötən ilin dekabrın 21-də USD/AZN məzənnəsi 1,55 olub və bundan sonra hər gün dollar möhkəmlənib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar