Uşu yarışında daha bir idmançımız yarımfinala yüksəlib
21.05.2017 800 0.0 0

Azərbaycanın daha bir idmançısı "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında uşu yarışlarının yarımfinalına vəsiqə əldə edib.

Trend-in məlumatına görə, 56 kiloqram çəki dərəcəsində yarışan Elçin Eminov ilk görüşündə qırğızıstanlı Avazbek Amanbekova 2:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar