Uşaq evlərindən məzun olan vətəndaşlara ev verilib- FOTO
30.12.2021 297 0.0 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bu il həmin kateqoriyadan olan 200-dən çox şəxs mənzillə təmin olunub

Qazeta.info Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına istinadla bildirir ki, nazirlik tərəfindən dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum şəxslərdən daha bir qrupu Abşeron rayonundakı yaşayış kompleksində mənzillərlə təmin edilib.

Mənzillərin açarlarını təqdim edən Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Faiq Ağayev bu kateqoriyadan olan insanların mənzillə təminatı sahəsində görülən işləri qeyd edib.

Bildirib ki, Prezident İlham Əliyevin həssas əhali qruplarına, o cümlədən dövlət uşaq müəssisələri məzunlarına xüsusi qayğısının göstəricisidir ki, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı olaraq tədbirlər görülür.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olaraq və Heydər Əliyev Fondunun mühüm sosial layihələrindən biri kimi, son illərdə Abşeron rayonunda çoxmənzilli yaşayış binaları inşa etdirilərək dövlət uşaq müəssisələri məzunlarının istifadəsinə verilib. Sosial Xidmətlər Agentliyinin “Məzun evi” sosial xidmət müəssisəsi kimi fəaliyyət göstərən həmin yaşayış binalarında 365 məzun mənzillə təmin olunub. Müəssisədə onlara sosial məsləhət, sosial-hüquqi və s. xidmətlər göstərilir.

Eyni zamanda, şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, dövlət uşaq müəssisələrinin məzunlarının da sosial-məişət şəraiti yaxşılaşdırılır. Təkcə 2021-ci ildə qeyd olunan kateqoriyadan olan 200-dən çox vətəndaşımıza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni yaşayış binalarında mənzillər təqdim edilib və bu proses davam etdirilir.

Yeni mənzilə sahib olan məzunlar daim diqqət və qayğı ilə əhatə olunduqlarına, mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar