Uruqvay Senatı Çavuşoğlunun jestinə görə Türkiyəyə səfir təyinatını təxirə salıb
05.05.2022 332 0.0 0

Uruqvay Senatı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun “bozqurd” jesti səbəbindən Ankaraya səfir təyinatının təxirə salınması təklifini yekdilliklə dəstəkləyib.

Bildirək ki, bu barədə “Mercopress” məlumat yayıb.

Bu təkliflə erməni əsilli senator Liliam Keçiçyan çıxış edib. Nəticədə Yuxarı Palata dosyenin Xarici Əlaqələr Komitəsinə geri göndərilməsinə razılıq verib.

Qeyd edək ki, bir qrup erməni əsilli şəxs Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Uruqvaya rəsmi səfərinə etiraz əlaməti olaraq Türkiyənin bu ölkədəki səfirliyinin qarşısına toplaşaraq Türkiyə əleyhinə müxtəlif şüarlar səsləndiriblər. Mövlud Çavuşoğlu isə şüar səsləndirən ermənilərə “bozqurd” işarəsi ilə cavab verib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar