Unu 30 manata satmaq olarmış- İş adamı tonlarla əla növ unu ölkəyə keçirə bilmir - VİDEO
13.01.2022 425 0.0 0

“Azərbaycana gətirməli olduğumuz 1000 ton əla növ unu sifarişçimiz Nehrəmli gömrük generallarından çəkinərək gətirmək istəmədilər, qorxdular ki, gömrük onları incidər. Ona görə bu gün 200 tonunu İraqa və Əfqanıstana yola saldıq…”.

Qazeta.info xəbər verir ki, bu haqda məlumatı keçmiş millət vəkili, iş adamı Nazim Bəydəmirli öz sosial media hesabında paylaşıb.

İş adamı N. Bəydəmirlinin yazdığı məlumatı olduğu kimi oxuculara təqdim edirik:

"Azərbaycana gətirməli olduğumuz 1000 ton əla növ unu sifarişçimiz Nehrəmli gömrük generallarından çəkinərək gətirmək istəmədilər, qorxdular ki, gömrük onları incidər. Ona görə bu gün 200 tonunu İraqa və Əfqanıstana yola saldıq... Gələn həftə Azərbaycanda Gömrük komitəsi ilə "bəyannamə qiymətini" çürütmək üçün bir neçə maşın öz şirkətimin adına göndərəcəyik.. İlkin hesablarımıza görə unun bir kisəsini gömrük və vergilərini ödədikdən sonra 5%-lik qazacla 30 manatdan satmaq mümkün olacaq....

Hörmətli, İqtisadiyyat nazirliyi üzərinizə düşən vəzifənin necə yerinə yetirilməsini yaxın günlərdə "test etmək" fikrindəyəm... Baxaq görək monopoliya ilə bağlı ölkə başçısının tapşırığı necə yerinə yetirilir?

P.S. Monopoliya ilə mübarizədən 1 gün belə çəkinmərəm, bütün mərhumiyyətlərə rəğmən mübarizəmiz davam edir!"

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar