ÜMİD PARTİYASI XƏDİCƏ İSMAYILIN HƏBSİ İLƏ BAĞLI BƏYANAT YAYDI
05.12.2014 773 0.0 0
Ümid Partiyası araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsi ilə bağlı bəyanat yayıb.  
 
Bəyanatda deyilir:
 
Ümid Partiyası bu gün araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsindən təəssüfləndiyini bildirir və bu həbsi azad sözə, müstəqil fikrə qarşı basqı hesab edərək hakimiyyəti bu kampaniyaya son qoymağa çağırır.
Xədicə İsmayılın həbsi KİV azadlığına ciddi zərbə vurmaqla yanaşı müstəqil fikrli insanları qorxutmaq məqsədi güdür, Azərbaycanda söz və mətbuat azadlığının səviyyəsini nümayiş etdirir.
Hakimiyyət bu həbsləri dərhal durdurmalı, həbs edilən vətəndaş cəmiyyəti nümayəndələrini, mətbuat işçilərini, bütövlükdə isə siyasi məhbus hesab edilən şəxsləri dərhal, qeyri-şərtsiz azad etməlidir. Həssaz bölgədə və zamanda olduğumuzu diqqətə almalı, vətəndaş həmrəyliyinə səy göstərməli, daxili gərginlik yaratmamalıdır. 
Hesab edirik ki,bu həbslər daxili qarşıdurmanı gərginləşdirir və etimadı zədələyir. Bütün saydıqlarımız Azərbaycanın həm də beynəlxalq aləmdə imicinə ciddi zərbə və demokratik dünyadan təcridi ilə nəticələnə bilər. İqtidar mənsubları məhkəməsi bitmiş şəxsləri dərhal azad etməli, istintaq altında olan şəxslərin  həbs qəti imkan tədbirini dəyişdirərək barələrində başladılmış cinayət işlərinə xitam verməlidir.

Teqlər:ÜMİD PARTİYASI XƏDİCƏ İSMAYILIN HƏB

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar