Ukraynanın İmmiqrasiya Xidməti Saakaşvilinin Polşaya deportasiyası barədə qərar çıxarıb
11.02.2018 811 0.0 0

Ukraynanın İmmiqrasiya Xidməti Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin Polşaya deportasiya edilməsi barədə qərar çıxarıb.

Məlumata görə, bu barədə o, "Rustavi-2" telekanalına müsahibəsində bildirib.

Bununla yanaşı, Saakaşvili qeyd edib ki, Kiyev hakimiyyətinin qərarına baxmayaraq o, Ukrayna hökumətinin dəyişdirilməsi uğrunda dinc mübarizəni davam etdirəcək. Saakaşvili Rusiya rəhbərliyini Ukrayna və Gürcüstanın fəlakətlərinin səbəbkarı adlandırıb.

Eyni zamanda keçmiş prezident əvvəlki gürcü hökumətinin fəaliyyətini qiymətləndirməsi barədə suala cavabında bildirib ki, Gürcüstanda əsrdən çox mövcud olan dövlət quruluşunun mövcudluğuna görə məsuliyyət daşıyır.

Saakaşvilinin sözlərinə görə, hazırkı gürcü dövləti dağılır və bütün gürcülər bu haqda düşünməyə məcburdur./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar