Ukraynadakı rusiyalı hərbi əsirlərin sayı açıqlanıb
10.03.2022 136 0.0 0

"Ukraynada hazırda Rusiya ordusunun müddətli hərbçilərindən 250-300 nəfər əsir var".

UNİAN-a istinadən xəbər verilir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib.

O, ötən gün həmin şəxslərin iştirakı ilə mətbuat konfransı keçirdiklərini xatırladıb: “Həmin müddətli əsgərlər, o cümlədən əvvəllər Suriyada döyüşmüş 15-ci əlahiddə motoatıcı briqadanın kəşfiyyatçıları, daha əvvəl Donbasda döyüşmüş, sonradan Dağlıq Qarabağda dırnağarası sülhməramlı vəzifə yerinə yetirmiş hərbçilər xeyli maraqlı mətləblərdən danışdılar. Suriyadan, Donbasdan çox danışdılar, Ukraynada da Suriyadakı üsuldan istifadə etdiklərini, yəni şəhərləri mühasirəyə aldıqlarını, ordu ilə bacarmayıb eynilə indi Mariupolda etdikləri kimi acığı əhalidən çıxdıqlarını dedilər”.

O.Arestoviç hazırda Ukraynada döyüşən Rusiya ordusundakı şəxsi heyətin azı yarısının, öldürülənlərin də yarısının məhz müddətli hərbçilərdən ibarət olduğunu vurğulayıb: “Mənim fikrimcə, onların sayı azı 80-100 mindir”./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar