Ukraynada vəziyyət ümidsizləşir
04.08.2015 497 0.0 0

Ukraynanın şərqindəki münaqişəyə dair ölkə rəsmilərinin separatçılarla ATƏT nümayəndələrinin iştirakı ilə sülh danışıqların bu gün davam etdirilməsi gözlənilir.

Məlumata görə, avqustun 3-də altı saat davam edən danışıqların nəticəsiz başa çatması vəziyyətin gərgin olmasından xəbər verir. Tərəflər planlaşdırılan bufer zona üzrə razılığa gələ bilməyiblər. Belarusun paytaxtı Minskdə keçirilən danışıqlarda məqsəd atəşkəs sazişinin qüvvədə saxlanılması olub. 

Son görüşlərdə 30 kilometrlik bufer zonadan kiçik silahların çıxarılması müzakirə edilib. Bufer zona separatçıları Ukraynanın digər hissəsindən ayırır.

Donetsk separatçılarının təmsilçisi Denis Puşilin deyib ki, danışıqlar Ukrayna tərəfdən pozulub. Kiyev dörd strateji mövqedən qüvvələrini çıxarmaqdan imtina edib. Avqustun 4-də danışıqlar davam etdiriləcək. Ancaq çox güman ki, heç nə əldə olunmayacaq.
Kiyev və Moskva təmsilçiləri tərəfindən danışıqlarla bağlı mətbuata açıqlama verilməyib.


 


Ukraynaya Avropa müttəfiqləri təzyiq göstərir ki, bufer zonanın genişləndirilməsini dəstəkləsin. Ancaq avqustun 2-də Mariupolun Kiyevin nəzarətində olan hissəsində yüzlərlə sakin etiraza çıxıb. Onlar hökumət qüvvələrinin geri çəkilməsinin separatçıların yenidən irəliləməsinə səbəb olacağından narahatdırlar.

Avqustun 3-də Rusiyapərəst separatçılarla qarşıdurmada 4 Ukrayna əsgəri ölüb.

Ukrayna ordusunun nümayəndəsi Andrey Lysenko bildirib ki, son 24 saat ərzində Luqnsk və Donetsk ərazilərindəki cəbhə xətlərində 15 Ukrayna əsgəri yaralanıb.

Onun sözlərinə görə, canlı qüvvələrin itkisi separatçılarla Ukrayna rəsmilərinin Minskdə ATƏT nümayəndələrinin iştirakı ilə yeni danışıqlara başladığı vaxta təsadüf etməsi düşündürücüdür.

Bu ilin fevralında Ukrayna hökuməti ilə rusiyapərəst separatçılar arasında atəşkəs razılaşması imzalansa da, müxtəlif zamanlarda pozulub, ölən və yaralananalar olub.


 

Bunu Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda keçirdiyi mətbuat konfransında deyib ki, Minskdə əldə edilmiş atəşkəs sazişinə tam əməl olunması Ukraynanın şərqində hərbi əməliyyatların dayandırılmasında çox vacibdir.

Xatırladaq ki, 2014-cü ilin aprelindən başlayaraq Ukraynanın şərqində gedən döyüşlərdə 7 mindən çox insan həlak olub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar