Ukrayna ətrafındakı vəziyyət NATO -nu Şərqi Avropada hərəkətə gətirir
24.01.2022 255 0.0 0

NATO Rusiya və Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Şərqi Avropaya əlavə döyüş təyyarələri və gəmilər göndərir.

Qazeta.info Rusiya mətbuatına istinadla bildirir ki, bu barədə ittifaqın saytında məlumat verilib.

Beləliklə, Danimarka Baltik dənizinə friqat, Litvaya isə 4 ədəd F-16 döyüş təyyarəsi göndərir. İspaniya NATO-ya öz gəmiləri ilə yanaşı, Bolqarıstandan gələn qırıcıları da verəcək.

Fransa NATO komandanlığı altında qoşunları Rumıniyaya göndərməyə hazır olduğunu bildirib. Niderland NATO-nun regiondakı hava poliqonlarının fəaliyyətini dəstəkləmək üçün aprel ayından Bolqarıstana iki ədəd F-35 döyüş təyyarəsi göndərəcək, həmçinin NATO qüvvələri üçün gəmi və yerüstü hissə hazırlayacaq.

Bundan başqa mətbuata verilən açıqlamalarda vurğulanır ki, Birləşmiş Ştatlar da Şərqi Avropada hərbi iştirakını artırmaq niyyətindədir.

Rusiyanın Ukraynaya hücum etməsi haqda fikirlər payızın ortalarından etibarən Qərbdə fəal şəkildə müzakirə olunur.

ABŞ ardıcıl olaraq  Ukrayna sərhədləri yaxınlığında Rusiya qüvvələrinin gücləndirməsi iddialarına işarə edərək, hücum olacağı halda Moskvanı yeni sanksiyalarla hədələyir. Bununla yanaşı, Kreml Ukraynaya hücumla bağlı hər hansı planı olmasını dəfələrlə  inkar edib. Əksinə, o, Donbassda hərbi əməliyyatın Kiyev tərəfindən mümkün hazırlığına işarə edib.

Bundan əvvəl Danimarkanın xarici işlər naziri Jeppe Kofod bildirmişdi ki, Avropa Birliyi ölkələri Ukraynaya silahlı müdaxilə olunarsa Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edə bilərlər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar