Ukrayna ordusu 3 əsgər itirdi
18.06.2015 577 0.0 0

Ukraynanın şərqində gedən döyüşlərdə 3 əsgər ölüb, 14 nəfərsə yaralanıb. 

Məlumata görə, bu haqda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçusu Andrey Lisenko bildirib. 
Lisenko toqquşmaların səngimədiyini və bəzi ərazilərdə iri miqyasa keçdiyini qeyd edib.

BMT-nin məlumatına görə, ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hokumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6400-dən çox adam ölüb.

Bu ilin fevralında Minskdə tərəflər arasında atəşkəs sazişi imzalansa da vaxtaşırı toqquşmalar olur və bu son vaxtlar daha artıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar