UCARDA YENİ AZAD OLMUŞ ANA TİBB BACISININ KÖMƏYİ İLƏ GİROVLUĞDAN QAÇDI
31.01.2015 749 0.0 0

Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şobəsinin baş həkimi  Cavanşir Qədirov tələb etdiyi 450 manat pulu verə bilmədiyim üçün ailə başçısını cəzalandıracağı ilə hədələyir.

Xatırladaq ki barədə Ucar rayon sakini Purqafari Azər Ələsgər oğlu elektron ünvanımıza göndərdiyi şikayətdə qeyd edib.Həmin məktubu aşağıda olduğu kimi diqqətinizə təqdim edirik. 

"Belə ki, həyat yoldaşım 23 yanvar 2015-ci il tarixində qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirdi.Müalicəsi üçün 5 gün ərzində mənə aldırdığı dava -dərmanın dəyəri 1500 manat olmuşdur.Hələ üstəlik cərrah Cavanşir Qədirov məndən 450 manat pul verməyi tələb etdi.Əks təqdirdə ailəmi evə buraxmayıb girov saxlayacağı ilə hədələdi.

Mən çıxılmaz vəziyyətdə qaldım və bilmədim neynəyim.Bundan sonra Cavanşir həkim evində olanda mənə tibb bacısı bildirdi ki, həyat yoldaşını evə apara bilərsən.Buna görədə ailəmi evimə gətirdim.Sonra mənə bildirdilər ki, cərrah Cavanşir Qədirov xəstəxanaya gəlib həyat yoldaşımın evə gətirildiyini bilib və bizim ünvanımıza uca səslə nalayiq söyüşlər söyüb nəyin bahasına olur-olsun bizi cəzalandıracağını bildirib. Cavanşir həkimin  məndən 450 manatı verməyi tələb etməsini təsdiq edən  video çəkliş də var.Bu video faktı hüquq mühafizə orqanlarına, o cümlədən də Səhiyyə Naziri cənab Oktay Şirəliyevə təqdim edəcəyəm.Hazırdada evdə qorxu içində yaşayırıq ki,  sipirtli içki qəbul edib daima sərxoş vəziyyətdə olan Cavanşir həkim evimizə basqın edə bilər.

Bu həkimin indiyə qədər etdiyi yararsız  cərrahiyə əməliyyatı nəticəsində çoxlu sayda xəstələr dünyasını dəyişib..Mənim həyat yoldaşımın cərrahiyə əməliyyatında digər həkimlər iştirak etməsəydi mən Cavanşir Qədirovun əməliyyat etməsinə qətiyyən razı olmazdım.Həyat yoldaşımın cərrahiyə əməliyyatından sağ çıxmasına Allah və digər həkimlər kömək olublar. Ancaq bu alkoqol xəstəsi Cavanşir Qədirova qalsaydı ailəm məhv olardı.Bu həkim tesdən keçirilərsə onun alkoqol xəstəsi olması tam subut olunacaq.O dəfələrlə sərxoş vəziyyətdə xəstələrlə və onların yaxınları ilə mübahisələr edib, dava-dalaş salıb.

Hətda bir neçə xəstə qohumları ilə baş vermiş davaya görə  cinayət işləri , məhkəmə hökümləri də var.Bu yaramaz həkimin barəsində qanunu tədbirlər görülmədiyindən dahada azğınlaşaraq qanunsuz əməllərini davam etdirir.Mən mətbuat vasitəsi ilə aidiyatı orqanlardan və Səhiyyə Naziri cənab Oktay Şirəliyevdən xahiş edirəm xəstələrə və onların yaxınlarına qənim kəsilmiş alkoqol xəstəsi olan həkim Cavanşir Qədirovun barəsində qanunu ciddi tədbirlər görəsiniz.Mən aidiyyatı orqanlara . o cümlədən Səhiyyə Nazirliyinə artıq şikayətlər etmişəm.Xahiş edirəm araşdırıb qanunu tədbirlər görəsiniz."

Xatırladaq ki, yuxarıda adı hallanan tərəflərin də mövqeyini əks etdirməyə hazırıq.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar