Türkiyəyə qatarla getmək istəyənlərə xəbər
23.04.2016 7241 0.0 0

Gələn ildən etibarən Bakı-Tiflis-Qars istiqamətinə getmək üçün sifariş verilən qatarlar tezliklə ölkəmizə gətiriləcək. Bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib. Onun sözlərinə görə, artıq Bakı-Tbilisi-Qars istiqamətində işlər tamamilə yekunlaşıb, indi qalıb təkcə qatarların gəlməsi.

 
"Bu istiqamətdə hərəkət edəcək 30 qatar sifariş olunub, qatarların 10 bu ilin birinci yarısı, qalanları isə tədricən ölkəmizə gətiriləcək. Gətirilən qatarlar yüksək standarlara cavab verəcək, qatarlara "wi fi" sistemi qoşulacaq. "Stadler Rail" şirkətinə məxsus 30 ədəd yataq tipli sərnişin vaqonunun adı "Kiss"dir. Bu vaqonlar adi, konfort, biznes klass olmaqla bir necə tipə bölünür. Amma bu istiqamətdə əvvəlcə yükün daşınması, sonra isə sərnişin daşınması həyata keçiriləcək", - deyə mətbuat katibi əlavə edib.

 

 

Ümumiyyətlə, 1759 kilometr uzunluğunda salınacaq yeni yol  Türkiyə və Azərbaycanla yanaşı, digər qonşu ölkələrə də yüksəksürətli qatarla gedib-gəlməyə imkan verəcək.


Bakı-Tbilisi-Qars istiqamətində danışıqlar hələ 2014-cü ildən başlanıb. Layihə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən "21 fevral 2007-ci il tarixli Bakı-Tbilisi-Qars" layihəsinin fəaliyyətini həyata keçirilməsi haqqında prezident sərəncamına əsasən maliyyələşdirilir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar