LƏNKƏRANDA QEYRİ ADİ HEYVAN SKLETİ TAPILDI
15.12.2014 1323 0.0 0

Lənkəranda dənizkənarı sahil zolağında yerləşən Göyşaban kəndinində nadir heyvan skeleti tapılıb. 

Kənd sakinlərinin dəniz sahilində aşkarladığı skeletin hansı heyvana aid olmasına əraziyə gələn baytarlıq mütəxəssisləri də aydılıq gətirə bilməyib.

Uzunluğu təxminən 1 metr 30 sm. olan qəribə skelet yırtıcı dişləri olan kəllə, boyun fəqərələrinə bitişik qabırğa və boyun fəqərələrinə bitişik onurga, eləcə də, aşağı ətraf sümüklərindən ibarətdir. Dənizkənarı sahil zolağında aşkarlanan naməlum heyvanın qalıqları bütün sakinlərin marağına səbəb olsa da, onun hansı növə aid olduğunu bilən yoxdur.

“Mən Lerik meşələrini gəzmişəm. Belə heyvan bizə rast gəlməyib. Bunun qabaq qıçları yoxdur. Ancaq dal ayaqları var. Vəhşi heyvandır, hardansa gəlib, ya sel gətirib, ya dənizlə gəlib”, - deyə kənd sakini Akif Əliyev bildirib.

Heyvanın hansı növə məxsusluğunu araşdırmaq məqsədilə yerli baytarlıq mütəxəssislərini əraziyə dəvət etdik. Onlarda belə bir heyvan skletini ilk dəfə gördüklərini etiraf etdilər.

Lənkəran zona baytarlıq labaratoriyasının direktoru İqtidar Teymurovun  verdiyi məlumata görə, son vaxtlara qədər belə heyvana bizm ərazidə təsadüf olunmayıb.

“Bu iki ayaqlı heyvandır. Bunun qabaq ətrafı yoxdur. Yəqin ki, dənizdən çıxmış heyvandır. İndiyə qədər belə heyvana rast gəlməmişəm”. - İqtidar Teymurov bildirib.

Tapılan naməlum heyvan skleti növünün müəyyənləşdirilməsi məqsədilə Baytarlıq İdarəsi əməkdaşları tərəfindən ərazidən götürülərək idarəyə aparılıb.//ANSPRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar