YENİ İL QABAĞI UCUZ KƏND TƏSƏRRÜFATI YARMARKALARININ SİYAHISI
15.12.2014 790 0.0 0

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 27-31 dekabr 2014-cü il tarixlərində  fasiləsiz olaraq 5 gün müddətində Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Bakı şəhər İcra hakimiyyəti tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulmuşdur.

         Yarmarkalar paytaxtın aşağıdakı rayonlarında və ünvanlarında təşkil olunur:

         Xətai rayonu                          -Ukrayna dairəsinin yanı;

          Nəsimi rayonu                     - S.Vurğun küçəsi 73, Təzə Bazarın ərazisi;

         Yasamal rayonu                    - Şərifzadə küçəsi 1, Rabitə kollecinin arxası;

         Nərimanov rayonu                 -Gənclik metrosunun yanı;

        Səbail rayonu                          -Badamdar qəsəbəsi, Seyran Məmmədov  küçəsi 1, Məktəbin arxası;

         Suraxanı rayonu                     -Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi;

                                                          -Əmircan qəsəbəsi, S. Bəhlulzadə küçəsi 12;

         Binəqədi rayonu                     -Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı.

         Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunmuş və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaqdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar