Türkiyəyə müharibə elan edəcəkdilər - Gizli toplantının ŞOK DETALLARI
01.02.2017 2550 0.0 0

2016-cı ilin sonlarında Yunanıstan Türkiyəyə qarşı müharibəyə başlamaq niyyətində olub.

Qazeta.info Publika.az-a istinadla xəbər verir ki, bu haqda Türkiyənin “Yeni Şafak” nəşrində Mehmet Acet yazıb.

Yazar qeyd edir ki, sağ təmayüllü millətçi Müstəqil Yunanlar-ANEL partiyasının lideri olan müdafiə naziri Panos Kammenosun son dövrlər Türkiyəyə və prezident Rəcəb Tayyib Ərdoğanın əleyhinə bəyanatları gündəmə çevrilib. 2015-ci ildə müdafiə xərclərini azaldacağı barədə vədi ilə seçkilərdə qələbə qazanan Aleksis Çipras parlament əksəriyyəti əldə edə bilmədiyi üçün Kammenosun partiyası ilə koalisiya yaratmaq məcburiyyətində qalmışdı. Kammenosun Türkiyə düşmənçiliyi 2016-cı ildə onun iştirakı ilə keçirilən bir toplantıda da büruzə verib.

Sözügedən iclasın detalları Mehmet Acetlə Ankaradakı yüksək rütbəli bir hərbi səlahiyyətlinin görüşü zamanı ortaya çıxıb. Söhbətin mövzusu 2016-cı il iyulun 15-də baş verən hərbi çevriliş cəhdinin Türkiyə Silahlı Qüvvələrinə verdiyi zərər idi. Səlahiyyətli hərbi pilotların 50 faizinin çevriliş cəhdi ilə əlaqədar həbs edildiyini, Hərbi Hava Qüvvələrində xidmət edən generalların yarısının da eyni vəziyyətdə olduğunu və bu çatışmazlığı aradan qaldırmaq üçün proqram üzərində çalışdıqlarını deyib.

Hərbi səlahiyyətli mövzunu həmin vaxtlar Yunanıstanda keçirilən bir toplantının üzərinə gətirir. O, baş barmağını çiyninin arxasına doğru apararaq “məlumat bura gəldi” deyir (Yəqin ki, Milli İstihbarat Təşkilatı (MİT) və ya Baş qərargahın kəşfiyyatını nəzərdə tuturdu - Mehmet Acet).

Yazar bildirir ki, Fəthullahçı Terror Təşkilatının (FETÖ) Türkiyə ordusuna verdiyi zərər Türkiyəyə kəm gözlə baxan nazirlərin diqqətindən də qaçmamışdı.

Hərbi səlahiyyətlinin izah etdiyinə görə, Ankaraya da çatan kəşfiyyat məlumatının mövzusu bu idi: “2016-cı ilin sonlarında Yunanıstanın Silahlı Qüvvələrinin Baş qərargah başçısı Evangelos Apostolakis və müdafiə naziri Panos Kammenos Türkiyəni müzakirə etmək üçün bir toplantı keçirir. Baş qərargah başçısı Türkiyə ilə bir müharibə üçün ən yaxşı zamanın indiki zaman olduğunu bildirir”.

Bəs, o toplantıda hansı qərar qəbul edilmişdi? Hərbi səlahiyyətlinin sözlərinə görə, “kaş, iqtisadiyyatımız bu qədər çətin vəziyyətdə olmasaydı” deyərək Türkiyə ilə müharibəyə başlamaqdan imtina edirlər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar