Türkiyə xüsusi təyinatlı qüvvələri İraqa girib
08.09.2015 583 0.0 0

Türkiyənin Dalğıc bölgəsinə PKK hücumundan sonra Türkiyə xüsusi təyinatlı qüvvələri İraq ərazisinə daxil olaraq əməliyyat həyata keçirib.

Məlumata görə, Şimali İraqa qaçan terrorçuları zərərsizləşdirmək üçün xüsusi təyinatlı qüvvələr onları izləyib. Təqib nəticəsində qısa müddətli əməliyyat həyata keçirilib.

Döyüş təyyarələri sərhədə istiqamət alıb. Hakkari vilayətinin Şemdinli mahalında havadan da hücumlar həytata keçirilib.

Təyyarələr Hakurk, Hınere, Avaşin, Basyan, Kanireş, Gare ve Şerhidan düşərgələrini atəşə tutublar.

Qeyd edək ki, Hakkarinin Dalğıca bölgəsində PKK-lı terroristlər tərəfindən hücum təşkil olunub. Baş verən hücum zamanı 16 əsgər şəhid olub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar