"SUNGURLAR" VƏ "TƏK TÜRKİYƏ" TELESERİALLARININ YETKİLİLƏRİ HƏBS OLUNDU
14.12.2014 902 0.0 0
Saxlanılanlar arasında STV-də yayınlanan serialların əməkdaşları, aktyorlar, polis əməkdaşları da var

 

 Polis Türkiyənin “Zaman” qəzeti və “Saman yolu” televiziyası (STV) ilə bağlı əməliyyata başlayıb.

 

Türkiyənin rəsmi Anadolu Agentliyin istinadən verilən xəbərə görə, bu gün səhər saatlarında "paralel yapı" əməliyyatı çərçivəsində aparılan istintaqla bağlı aralarında polis və media rəhbərlərinin də olduğu 8 nəfər saxlanılıb.  Məlumata görə, bu istintaq çərçivəsində daha 30 nəfərin saxlanılması barədə qərar çıxarılıb.

 

Polis sabah saatlarında “Zaman” qəzetində əməliyyata başlayıb. Qəzetin baş redaktoru Əkrəm Dumanlı saxlanılıb, qəzetdə axtarış aparılıb.   

 

STV-nin baş direktoru Hidayət Karaca da artıq saxlanılıb. Saxlanılanlar arasında bu kanalda yayınlanan “Tək Türkiyə” filminin ssenaristi Əli Kara və aktyor Haseki Eğitim də var.

 

İstintaq çərçivəsində “Əskişəhər”də STV-nin “Sungurlar” serialı üçün çəkilişlər edən rejissor Salih Asanla filmin direktoru Engin Koç, Vanda serial ssenaristi Makbule Çam Alemdağ, Ərzurumda adı açıqlanmayan bir polis məmurunun saxlanıldığı bəlli olub.

 

“Zaman” qəzetinin internet saytının verdiyi xəbərə görə, barəsində saxlanma qərarı çıxarılan şəxslərdən biri də “Bu gün” qəzetinin yazarı Nuh Gönültaşdır.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar