Türkiyə XİN-dən Suriyada məktəb və xəstəxanalara olunan hava zərbələri haqda açıqlama
16.02.2016 455 0.0 0

Türkiyə xarici işlər nazirliyi Suriyada humanitar obyektlərin hücuma məruz qalmasını hərbi cinayət adlandırıb.
 
Məlumata görə, bu barədə Türkiyə XİN-in yaydığı bəyanatda bildirilir.
 
“Suriyaya Beynəlxalq Dəstək Qrupu fevralın 11-də Münhendə bu ölkədə qarşıdurmanın dayandırılmasına dair qərar verib. Bu qərardan sonra Rusiya tərəfinin hava hücumlarını dayandırmaq əvəzinə, zərbələri daha da artırması, dinc sakinləri, xəstəxanaları, məktəbləri hədəf alması təəssüf doğurur. Bu cür beynəlxalq hüquqa zidd olan hərəkətlər hərbi cinayət kimi qiymətləndirilməlidir”, sənəddə qeyd edilir.
 
Bəyanatda  həmçinin bildirilir ki,  Rusiyanın hərəkətləri Suriyada vətəndaş müharibəsini daha da alovlandırır və bölgəni qeyri-sabitliyə sürükləyir: “Hücumlara dərhal son qoyulmasa Rusiya ciddi fəsadlarla üzləşəcək”.
 
Qeyd edək ki, ötən gün Suriyada  məktəb və xəstəxanalara endirilən hava zərbələri nəticəsində 50-yə yaxın dinc sakin həlak olub, 100-ə yaxını yaralanıb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar