Türkiyə Rusiyanın 27 gəmisini həbs edib
16.12.2015 733 0.0 0

 Türkiyə Rusiyaya məxsus 27 gəmiyə həbs qoyub.

 

Qazeta.info bildirir ki, APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, Türkiyə Rusiyanın 8 Türkiyə gəmisinə həbs qoymasından sonra bu addımı atıb. Bildirilir ki, bu il noyabrın 24-dən sonra Rusiya Qara dənizdə Türkiyə bayrağı altında üzən 5 gəmini saxlayıb. Bu proses sonrakı günlərdə davam edib və ümumilikdə 8 türk gəmisinə həbs qoyulub.

 

Türkiyə Rusiyanın geri addım atmasını gözləsə də, vəziyyət dəyişməyib. Bundan sonra Türkiyə Aralıq və Qara dənizdə üzən Rusiya gəmilərində araşdırma aparıb. Yoxlamalar nəticəsində nöqsanlar aşkarlanan 27 Rusiya gəmisinə həbs qoyulub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar