GÖZLƏNİLƏN ƏFV SƏRƏNCAMINDA SİYASƏTÇİLƏRDƏN AZADLIĞA BURAXILACAQMI?
20.12.2014 922 0.0 0

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Azərbaycanda növbəti əfv sərəncamının imzalanması gözlənilir. Bu barədə  Əfv Məsələləri Komissiyasındakı mənbə bildirib.

Mənbənin məlumatına görə, artıq komissiya siyahını yekunlaşdırmaq üzrədir.

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Sahib Məmmədov isə Trend-ə bildirib ki, işçi qrupunun üzvləri növbəti əfv sərəncamı ilə bağlı tövsiyələrini Əfv Məsələləri Komissiyasına təqdim edib: "Ümid edirik ki, təkliflərimiz əfv sərəncamında nəzərə alınacaq".

S.Məmmədov işçi qrupunun təqdim etdiyi siyahıda kimlərin adı olduğunu açıqlamayıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sonuncu sərəncamı bu il oktyabrın 17-də imzalayıb. Sərəncam ümumilikdə 84 nəfərə şamil edilib. Əfv olunanlar arasında 2 İran, 2 Gürcüstan, 1 Türkiyə və 1 Pakistan vətəndaşı da olub.

Həmçinin, bir müddət əvvəl Azərbaycan Prezidentinə əfv olunmaları ilə bağlı müraciət edən "Nida" Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və hüquq müdafiəçisi Həsən Hüseynli də əfv sərəncamı ilə azadlığa buraxılıblar.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar