BAŞI KƏSİLƏN GƏNC TƏK DEYİLMİŞ
07.01.2015 892 0.0 0

Bakıda "Sahil" metrosunun yaxınlığında baş verən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.

Səbail Rayon Polis İdarəsindən  verilən məlumata görə, başı kəsilən Həsən Namiq oğlu Həsənov hadisə baş verərkən tək olmayıb. Belə ki, onun yanında dostu Orxan Təbriz oğlu Məmmədzadə də olub.

Mübahisə zamanı ona da bıçaq zərbələri endirilib. 22 yaşlı Orxan Məmmədzadə Kliniki Tibbi Mərkəzdədir. Onun komada olduğu bildirilir.

Qeyd edək ki, bu gün axşam saatlarında "Sahil" metrosunun yaxınlığında iki gənc arasında mübahisə düşmüşdü. Mübahisə daha sonra davaya çevrilib və gənclərdən biri digərinin boyun nahiyəsindən bıçaqla başını kəsib. Gənc hadisə yerindəcə ölüb. Başı kəsilən şəxs 1989-cu il təvəllüdlü
Həsənov Həsən Namiq oğludur.

Qətli törədən gənc hadisə yerindən qaçıb. Onun tapılması istiqamətində axtarışlar davam edir.//
ANS PRESS

Yeni məlumat veriləcək...


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar