Türkiyə qırıcıları İŞİD hədəflərini bombardıman etdi
24.07.2015 592 0.0 0

 

Türkiyə Hərbi Hava Donanmasına aid “F-16” qırıcıları səhərə yaxın İŞİD mövqelərini bombardıman ediblər. ANS PRESS-in məlumatına görə, səhərəyaxın saat 03.30-da (Bakı vaxtıyla05.30) Diyarbəkir əsas Jet bazasından Türkiyə Silahlı Qüvvələrinə (TSK) aid 4 ədəd “F-16” qırıcısı 5 dəqiqəlik intervalla havaya qalxıblar. Kilis vilayətinin Seve kəndi ilə həmsərhəd olan Suriyanın Havar kəndinin yaxınlığında həyata keçirilən əməliyyat zamanı həyata keçirilən bombardımanın səsi Kilisdə də eşidilib. 

Xatırladaq ki, iyulun 20-də gündüz saatlarında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 32 nəfər ölüb, yüzdən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar arasında vəziyyəti ağır olanlar olduğundan ölü sayının çoxalacağı istisna olunmur.

 

 


TSK xüsusi təyinatlı desantları

Bu hadisəni bəhanə edən PKK tərəfdarları Türkiyənin müxtəlif şəhərlərində zorakılıqlar və hətta ölümlə nəticələnən aklsiyalar keçiriblər. Türkiyə hökuməti isə bu cür aksiyalara son verməsi üçün PKK və onun siyasi qolu HDP-yə son dəfə xəbərdarlıq edəcək. 

Ötən gecə isə Türkiyə Silahlı Qüvvələrinin (TSK) 60 xüsusi təyinatlı desantdan ibarət 2 taboru İŞİD-in nəzarətində olan Suriyanın Ayyaşə kəndinə girib. Sərhəddən 9 km içəriyə girən desantlar kəndə nəzarəti ələ keçiriblər. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar