SƏUDİYYƏ ƏRƏBİSTANI İLƏ İRAN MÜNASİBƏTLƏRİ KƏSKİNLƏŞİR
25.12.2014 739 0.0 0

İran Ədliyyə naziri Mustafa Pur Məhəmmədi, neft qiymətlərinin enməsinə kəskin reaksiya  göstərərib.

 

O, Səudiyyə Ərəbistanı rəhbərliyinə ağır ittihamlar səsləndirib.

 

İştirak etdiyi bir yığıncaqda neft qiymətlərinin enməsinə toxunan  Pur Məhəmmədi, Səudiyyə Ərəbistanının həyata keçirdiyi neft siyasətini, İslam ölkələrinin neft gəlirlərinin yağmalanmasına səbəb olduğunu iddia edib.

 

İranlı nazir, "Bu, Səudiyyə Ərəbistanının dözdüyü bir alçaqlıq və sefilliktir" deyə bildirib. "ABŞ və İran düşmənlərinə" səsləndiyini ifadə edən Pur Məhəmmədi, "Sizlər əl-ələ verib bir tərəfdən neft qiymətlərini salıb digər tərəfdən siyasi və psixoloji təzyiqlərlə İran xalqının iradəsini sarsıdmaq istəyirsiniz. Halbuki İran xalqı daha əvvəl bundan ağır təzyiqlərə məruz qaldı ancaq qorxmadı" deyərək bəyan edib.

 

İranın iqtisadi baxımdan çətinlikdə olduğunu etiraf edən Pur Məhəmmədi, "Lakin düşmən geri addım atmayacağımızı bilməli" ifadəsini istifadə edib. İran prezidenti Həsən Ruhani, daha əvvəl etdiyi açıqlamada neft qiymətlərindəki enişi Müsəlmanlara qarşı bir sui-qəsd olaraq qiymətləndirmişdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar