Türkiyə ordusu Əl-Babda növbəti itki verib
21.02.2017 817 0.0 0

Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində əksər hissəsi nəzarət altına alınan Əl-Bab şəhərində təmizləmə əməliyyatı davam edir.

 

“Hürriyet” qəzetinə istinadən verilən məlumata görə, bu gün türk əsgərləri şəhərdə minaya düşüb. Nəticədə 1 əsgər həlak olub, 2 əsgər yaralanıb.

 

“Fərat qalxanı” əməliyyatının başladığı 2016-cı il 24 avqust tarixindən bu günə qədər Türkiyə ordusunun Suriyada verdiyi itkilərin sayı 69-a çatıb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar