Türkiyənin Suriya siyasəti dəyişir
20.08.2016 555 0.0 0

Türkiyə Suriyada keçid dövründə prezident Bəşər Əsədin hakimiyyətdə qalmasına razıdır.

 

“Vatan” qəzetinə istinadən verilən məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bu gün xarici KİV-in təmsilçiləri ilə görüşündə bəyan edib. B. Yıldırım deyib ki, Əsəd keçid dövründə hakimiyyətdə qala bilər, ancaq ondan sonra bu, mümkün olmayacaq.

 

Qeyd edək ki, indiyə qədər Türkiyə birmənalı olaraq B.Əsədin hakimiyyətdən getməsi, keçid dövrü üçün keçid hökumətinin qurulması mövqeyinin tərəfdarı qismində çıxış edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar