DÖVLƏT QURUMLARI GEDİŞ HAQQININ ARTMASI MƏSƏLƏSİNƏ CAVAB VERDİ
13.01.2015 840 0.0 0

Ölkədə benzin və dizelin qiymətinin artımı nəqliyyat daşımada qiymətlərin artacağı ehtimalını yaradıb. Xüsusilə, avtobus, metro və taksilərdə sərnişin daşıma qiymətlərində bahalaşma olacağı gözlənilir. 

Bir müddət öncə isə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov qiymətlərlə bağlı Tarif Şurasına rəsmi müraciət edəcəklərini bildirmişdi. O, Bakıda sərnişindaşıma ilə məşğul olacaq nəqliyyat vasitələrində gediş haqqının artacağı ehtimalını istisna etməmişdi. 

Hazırda yaranmış bu vəziyyət isə gediş haqqında artım olacağı ilə bağlı söz-söhbətlərin yaranmasına səbəb olub.

Tarif Şurasından verilən məlumata görə, sərnişindaşımada qiymətlərin artırılması ilə bağlı quruma müraciət daxil olmayıb.

 

Bundan başqa "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevdə açıqlamasında məsələyə aydınlıq gətirib. 

O bildirib ki, metronun qiyməti ilə bağlı Tarif Şurasına müraciət olunmayıb və ümumiyyətlə bu məsələ "Bakı Metropoliteni"ndə müzakirə edilmir.//
 ANS PRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar