Türkiyənin «Cəhənnəm topu» PKK rəhbərini öldürdü (FOTO)
26.07.2015 630 0.0 0

Türkiyə hərbi qüvvələri "Cəhənnəm topu" adı ilə tanınan Fırtına haubitsaları ilə PKK və İŞİD terrorçularının sığınacaqlarını bombardman edib. Məlumata görə, hücum zamanı PKK-nın rəhbər şəxlərindən biri Öndər Aslan (Şervan Varto) öldürülüb. Hərbi əməliyyat zamanı daha 3 PKK üzvü yaralanıb. 

PKK-nın mühüm qolu olan HPG-nin yüksək vəzifəlilərindən olan Öndər Arslan Türkiyə sərhədinin 10 km-liyində yerləşən Zap və Gare arasındakı Sergele bölgəsinə endirilən zərbələr zamanı məhv edilib.


 

Öndər Aslan (Şervan Varto) - PKK-nın rəhbər şəxi


Türkiyə Silahlı Qüvvələri İŞİD terrorçularına qarşı əməliyyatlardan 24 saat keçməmiş Şimali İraqda PKK terrorçularının mövqelərini və terrorçuların liderlərinin toplaşdığı Kandili bombardman edib.

Suriyadakı İŞİD terrorçularına qarşı aparılan hərbi məliyyatlarıdan fərqli olaraq bu dəfə Türkiyə qırıcıları sərhədləri aşaraq İraqa keçib.

Pilotsuz uçan aparatlar isə əməliyyatlarla bağlı son məlumatları saniyə-saniyə mərkəzə - Ankara ötürüb. 

Gecə saatlarında havadan hücumlara qurudan da dəstək verilib. "Cəhənnəm topu" adı ilə tanınan Fırtına haubitsaları ilə PKK terrorçularının sığınacaqları bombardman edilib./anspress/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar