Türkiyə mətbuatı SOCAR-ın "Petkim"dəki payının bir qismini satacağı haqda məlumat yayıb
05.06.2015 674 0.0 0
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan "Socar Turkey Enerji A.Ş" "Petkim Petrokimya Holding"dəki paylarının bir qismini satmaq niyyətindədir.

 

“Milliyyət” qəzetinə istinadən verilən məlumata görə, şirkət artıq bununla bağlı bu ilin avqustun 8-də və ya sonrakı günlər ərzində İstanbul birjasına müraciət edəcək.

 

Artıq İstanbul birjasına müraciətin edilməsi ilə bağlı işlər aparılır.

 

"Socar Turkey Enerji A.Ş" şirkətindən verilən açıqlamada bildirilir ki, şirkət "Petkim Petrokimya Holding"də ortaq olduğu payın bir hissəsini satmaq niyyətindədir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar