Türkiyədə yüz minlərlə insan küçələrə çıxdı (VİDEO, FOTO)
17.09.2015 623 0.0 0

Türkiyənin paytaxtı Ankarada "Terrora yox, qardaşlığa hə" mitinqi keçirilib.

Məlumata görə, mitinqdə iştrak edən vətəndaşlar Sıhhiye meydanına axın edib.

"Terora yox, qardaşlığa hə" mitinqində 14 Qeyri Hökumət Təşkilatının liderləri başda olmaqla minlərlə insan etiraz aksiyasında iştirak edib.

Mitinqin axşam saatlarında başlamasına səbəb iş başında olan insanların da nümayişə qatıla bilməsidir. Nümayiş zamanı etirazçılar çıxışlar ediblər.

 

 


Nümayişdən foto

 

Siyasi partiyalar mitinqə dəvət edilməyib. Mitinq zamanı plakatlar deyil, yalnız türk bayraqları olub və "Terrora yox, qardaşlığa hə" şüarı səslənib.

Ankara ətrafından yürüşə qatılanlar üçün 2 mindən artıq avtobusunun gəlib. Polis paytaxtın 5 əsas girişini nəzarətə götürüb. Yürüşün keçirildiyi 2 kilometirlik ərazi nəqliyyatın hərəkəti üçün bağlanıb. Terror aktlarının ola biləcəyi ehtimalı ilə polis təhlükəsizliyi ciddi şəkildə qoruyub. 6 min polis vəzifə başında insanların təhlükəsizliyini qoruyub. Xüsusi hallar üçün polis binaların damlarında yer alıb. Mitinqə havadan polis helikopteri vasitəsi ilə nəzarət olunacaq.

Terrora qarşı başqa bir mitinq də İstanbulda olacaq. İstanbulun Yenikapı səmtində sentyabrın 20-də yeni bir yürüş baş tutub.

Vətəndaş Həmrəylik Platforması tərəfindən təşkil edilən "milyonlarla nəfəs, terrora qarşı tək səs" mitinqinə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş naziri Əhməd Davudoğlu da iştirak edəcək./anspress/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar