Türkiyədə Silahlı Qüvvələrin III korpus komandiri də həbs edildi
16.07.2016 1544 0.0 0

Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar yüksək rütbəli zabitlərin həbsi davam etdirilir. 

 

“Milliyet”ə istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin III korpusunun komandiri, ordu generalı Erdal Öztürk həbs edilib.

 

Hərbi çevriliş cəhdində şübhəli bilinən ordu generalı Bursanın İnəgöl rayonunda saxlanılıb.   

 

Bundan əvvəl Türkiyə Hərbi- Hava Qüvvələrinin sabiq komandanı, ordu generalı Akın Öztürk və Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordusunun komandanı, ordu generalı Adəm Huduti  həbs ediliblər.  

 

Qeyd edək ki, Türkiyədə  hərbi çevriliş cəhdi ilə əlaqədar yüksək və orta rütbəli zabitlər daxil  olmaqla 2800-dək şəxs saxlanılıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar