Türkiyədə polis məktəbi yaxınlığında partlayış törədilib- ölən və yaralananlar var
11.04.2017 789 0.0 0

Türkiyənin Diyarbakır əyalətində baş verən partlayış nəticəsində bir nəfər ölüb. 

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, yaralı halda xəstəxanaya aparılıb və orada ölüb. 

Məlumata görə, 4 yaralının müalicəsi hospitalda davam edir.

*** 12:07

Türkiyənin Diyarbakır əyalətinin Bağlar rayonunda, polis məktəbinin yaxınlığında partlayış olub.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda təcili tibbi yardım heyəti, yanğınsöndürən maşınlar və təhlükəsizlik əməkdaşları cəlb edilib.

Partlayış nəticəsində biri ağır olmaqla 4 nəfər yaralanıb.

Hadisənin səbəbi araşdırılır. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar