Türkiyədə PKK-çıların 13 polisi şəhid etməsində Ermənistan dəstəyinin olması iddia olunur
09.09.2015 724 0.0 0

Türkiyənin İğdır vilayətində terror aktı törədən terrorçuların Ermənistan ərazisindən İğdıra keçdiyi güman edilir.

Xəbərə görə, bu barədə məlumatı Türkiyənin “Vatan” qəzeti yazıb.
 
Yerli qaynaqlar hadisənin baş verdiyi ərazisinin Ermənistan sərhədinin bir neçə kilometrliyində yerləşdiyini nəzərə alaraq PKK terrorçularının Ermənistandan gələ biləcəyini ehtimal edirlər.
 
Qeyd edək ki, dünən PKK-nın İğdırla Naxçıvan Muxtar Respublikası arasındakı Dilucu sərhəd məntəqəsi yaxınlığında törətdiyi hücum nəticəsində 13 polis şəhid olub. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar