Türkiyədə keçmiş təhlükəsizlik rəhbəri haqda gözlənilməz qərar
10.03.2015 638 0.0 0

Türkiyənin keçmiş Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Türkiyənin baş naziri Əhməd Davudoğlunun sərəncamına əsasən yenidən Milli Təhlükəsizlik Təşkilatının rəhbəri təyin edib.

Qeyd edək ki, H. Fidan millət vəkili seçkilərində iştirak etmək üçün hakim Ədalət və Kalkınma Partiyasından namizəd olmaq üçün müraciət etmişdi. Bu gün isə o, namizəd olmaqdan imtina etməsi barədə açıqlama yayıb.

Türkiyə mətbuatının verdiyi məlumata görə, bu haqda Baş nazirin müavini Bülənd Arınc da açıqlama verib.O, açıqlamasında  "Bu gündən etibarən hörmətli MİT müstəşarı Millət Vəkilliyinə namizədliyini geri götürdüyünü bəyan edib.Baş nazir də qəbul edib.Hörmətli Fidan Baş nazir tərəfindən yenidən MİT rəhbəri vəzifəsinə təyinat alıb" deyə bildirib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar