Türkiyədə HDP-çilərin aksiyası dağıdılıb
04.11.2016 713 0.0 0

Türkiyədə Xalqların Demokratik Partiyası (HDP) həmsədrlərinin və bəzi deputatlarının həbsinə etiraz edən bir qrup şəxs Ankarada aksiya keçirməyə cəhd göstərib.

 

Məlumaa görə, qrup partiyanın baş qərargahına yürüş etmək istəyib.

 

Polis qərargahın yerləşdiyi prospekti bağlayıb, yürüş iştirakçılarının binaya yaxınlaşmasına imkan verilməyib. PKK terror təşkilatına dəstək şüarları səsləndirən qrupdan dağılışmaq tələb edilib.

 

Lakin aksiya iştirakçıları xəbərdarlıqlara məhəl qoymayıblar və yürüşü başqa küçələr istiqamətində davam etdiriblər. Terror təşkilatını dəstəkləyən şüarların səsləndirilməsi vətəndaşların da etirazına səbəb olub və aksiya iştirakçıları ilə vətəndaşlar arasında insident yaranıb.

 

Çevik polis qüvvələri qanunsuz aksiyanı dağıdıb və bəzi fəalları saxlayıb.

 

HDP-nin qərargahının mühafizəsi gücləndirilib. Millət vəkilləri istisna olmaqla binaya heç kim buraxılmır. Keçmiş millət vəkilləri, eləcə də bəzi partiya fəallarının qərargaha daxil olmasına icazə verilməyib və mübahisə düşüb./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar