Türkiyədə hərbi çevrilişi idarə edən 3 nəfərlik heyət müəyyənləşdirilib
02.11.2016 628 0.0 0

Fətullahçı Terror Təşkilatının (FETÖ) iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdi prosesini idarə edən 3 nəfərlik heyəti müəyyən edilib.

 

“Milliyet” qəzetinə istinadən verilən məlumata görə, həmin heyətin FETÖ-nun Türkiyə Silahlı Qüvvələrindəki imamı Adil Öksüz, “Kaynak Kağıt” şirkətinin sabiq müdiri Kamal Batmaz və elektrik mühəndisi Harun Binişdən ibarət olduğu müəyyənləşdirilib. Bu şəxslərin iyulun 11-də ABŞ-a getdiyi, iki gün sonra isə Türkiyəyə qayıtdıqları bəlli olub. Atatürk hava limanındakı görüntülər də bunu sübut edir. Bu şəxslərin üçü də 15 iyulda hərbi çevriliş cəhdinin idarə edildiyi əsas mərkəz sayılan Ankaradakı Akıncı hərbi hava bazasında olub.

 

K. Batmaz və H. Biniş  bundan öncə Ankara Baş Prokurorluğunun hərbi çevriliş cəhdi ilə bağlı apardığı istintaq çərçivəsində həbs ediliblər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar