Türkiyədə dəhşətli yol qəzasında ölənlərdən 8-i uşaqdır
25.09.2015 495 0.0 0
Türkiyədə 13 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasında həyatını itirənlərin 8 nəfəri uşaq olub.

 

Türkiyənin “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Niğde bölgəsində qeydə alınan yol qəzasında 11 nəfər hadisə yerindəcə dünyasını dəyişib.

 

Xəstəxanaya çatdırılan iki nəfərə tibbi yardım göstərilsə də, onların həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisə nəticəsində həyatını itirənlərdən Əli və Adəm bir, Mehmet, Məhəmməd, Evren, Reyhan və iki Zeynəb adlı uşaq altı-səkkiz yaşlarında olublar./apa/

 

Qazeta.info bildirir ki, qəza iki avtomobilin toqquşması nəticəsində baş verib.Bildirək ki, qəza törədən avtomobillərdən biri mini sərnişindaşıyan (Dolmuş) minik avtomobili olub .


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar