Türkiyədə dəhşətli yol qəzası- 17 nəfər dünyasını dəyişdi
13.05.2017 873 0.0 0

Türkiyənin turizm mərkəzlərindən olan Muğla vilayəti ərazisində, Muğla-Marmaris avtomobil yolunda ağır qəza baş verib.

 

Qazeta.info-nun APA-ya istinadən verdiyi məlumata görə, avtobusun yoldan çıxaraq aşması nəticəsində 17 nəfər ölüb, 13 nəfər yaralanıb. Ölənlər arasında xarici ölkə vətəndaşların olub-olmadığı hələlik məlum deyil.  

 

Hadisə yerinə çoxlu sayda ambulans, yanğınsöndürənlər və xilasedicilər göndərilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar