Türkiyədə çevrilişə cəhd zamanı vətəndaş iki tankın altından sağ çıxdı - VİDEO
20.07.2016 806 0.0 0


Ankara sakini zirehli texnika vasitələrini durdurmağa çalışıb.

Türkiyədə baş verən hərbi çevrilişə cəhd zamanı Ankarada vətəndaş özünü iki tankın altına atıb.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, paytaxt sakini zirehli texnika vasitələrinə durdurmağa çalışıb. 

Birnici tank sürətini azaltmağa çalışsa da, texnikanı tam dayandırmaq mümkün olmayıb. Nəticədə tank vətəndaşın üstündən keçib. 

Heç bir xəsarət almayan şəxs ayağa qalxaraq növbəti tankı saxlamaq istəyib. Lakin bu dəfə zirehli texnikanı idarə edən şəxs saxlamadan vətəndaşın üstündən keçib. Bildirilir ki, hadisə zamanı Ankara sakini yüngül bədən xəsarətləri alıb.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar