Türkiyədə Çevik Polis İdarəsinin partladılması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
26.08.2016 738 0.0 0

Bu gün səhər Türkiyənin Cizre rayonunda Çevik Polis İdarəsinin partladılması nəticəsində ölənlərin sayı artıb.

 

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, terror aktı nəticəsində ölənlərin sayı 11-ə yüksəlib, 78 yaralının olduğu bildirilir.

 

Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

*****

Türkiyənin Şırnaq vilayətinin Cizre rayonunda Çevik Polis İdarəsinin partladılması nəticəsində 9 nəfər ölüb, 64 nəfər yaralanıb.
 
APA-nın xəbərinə görə, bu barədə "Reuters" məlumat yayıb
***
09.57
 
Bakı-APA. Türkiyənin Şırnaq vilayətinin Cizre rayonunda Çevik Polis İdarəsinə silahlı basqın olub.
 
APA-nın yerli mətbuata istindən xəbərinə görə, idarədə güclü partlayış törədilib. Partlayış nəticəsində bina tamamilə dağılıb. Hələlik hadisə nəticəsində ölən və ya yaralananlar barədə məlumat yoxdur. Hadisə yerinə 12 təcili tibbi yardım maşını, 2 təcili tibbi yardım helikopteri və xilasetmə briqadaları, qonşu rayonlardan hərbçilər və polislər cəlb olunub. Hazırda ərazidə atışma səsləri eşidilir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar