Türkiyədə azərbaycanlı şairin divanı tapılıb
04.04.2017 1066 0.0 0

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Türkiyədə yaşamış azərbaycanlı şairin divanını əldə edib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov XIX əsrin sonları-XX əsrin əvvəllərində yaşamış Azərbaycan şairi Molla Əli Talibinin divanının əlyazma surətini Türkiyədən əldə edib.

Əslən qarabağlı olan, 1888-ci ildə Cəbrayılda dünyaya gələn M.Ə.Talibi 1913-cü ildə Türkiyəyə köçərək, bu ölkənin müxtəlif yerlərində yaşayıb. O,1943-cü ildə vəfat edib.

M.Ə.Talibi atası Molla Səfər kimi Türkiyədə yaşayan nəqşbəndi şeyxi Mir Həmzə Seyid Nigarinin müridi olub. Alimlər hesab edirlər ki, Talibinin kiçik həcmli divanında Füzuli ruhu, Seyid Nigari təsiri özünü aydın şəkildə göstərir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar