FRANSA PREZİDENTİ QƏFİL MOSKVAYA SƏFƏR EDİB
06.12.2014 818 0.0 0

Fransa prezidenti Fransua Olland qəfil Moskvaya səfər edib. 

Məlumata görə, Fransa prezidenti səfər çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Putin və Olland Ukraynadakı vəziyyəti və "Mistral " təyyarədaşıyan gəmisinin qaytarılmasının ləngiməsini müzakirə edəcəklər. 

"Rusiya 24" qeyd edib ki, Moskvaya Olland iki günlük səfərdə olduğu Qazaxıstandan gəlib.

Daha əvvəl Qazaxıstana səfər zamanı Fransa prezidenti Rusiyanın, Almaniyanın və Fransanın iştirakı ilə Ukraynada gərginliyin azalmasının prosesi dəstəklədiyini bildirib. Siyasətçinin sözlərinə görə, "gərginlik və təzyiq, hal-hazırda mövcud olan problemlərin həllinə heç vaxt xidmət edə bilməz.

"Biz Putin, Poroşenko və xanım Merkel ilə birgə gərginliyin azalması prosesinə başlamalıyıq", -deyə Olland bildirib.//ANS PRESS


Teqlər:FRANSA PREZİDENTİ QƏFİL MOSKVAYA SƏ

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar