Türkiyədə azərbaycanlı qadın qardaşı tərəfindən qətlə yetirilib
17.08.2016 664 0.0 0

Türkiyədə azərbaycanlı qadın qardaşı tərəfindən qətlə yetirilib.
 
APA-nın “Haberturk”ə istinadən verdiyi məlumata görə, hadisə Trabzon şəhərinin Ortahisar bölgəsində baş verib.
 
Gülxanım Əkbər adlı 33 yaşlı azərbaycanlı qadının qardaşı, 30 yaşlı Əli Əkbərlə binanın pilləkənində pul üstündə mübahisə baş verib. Bacısından pul istəyən və ala bilməyən Ə. Əkbər onu bıçaqlayıb. G. Əkbər qonşuların köməyi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Ə. Əkbərin saxlanılması istiqamətində tədbirlər görülür.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar