Türkiyədə 7 polisi şəhid edən terrorçu yaxalandı-VİDEO
02.04.2016 583 0.0 0

 

Türkiyə təhlükəsizlik qüvvələri Diyarbəkirdə terror hadisəsi törədən şəxsi yaxalayıb. Qazeta.info bildirir ki, APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, PKK terror təşkilatının üzvü olan A.Ç. Kocaköy qəsəbəsində tutulub.

 

Qeyd edək ki, martın 31-də Diyarbəkirin Bağlar qəsəbəsində Türkiyə polisinə qarşı terror aktı həyata keçirilib. Bir PKK-çı bomba yüklü avtomobilini polisləri daşıyan avtobusun yolunun kənarında saxlayıb. Avtobus həmin əraziyə yaxınlaşanda partlayış baş verib.

 

Hücum zamanı 7 polis şəhid olub, 13-ü polis olmaqla 27 nəfər yaralanıb. Terrorçunun avtomobili yolun kənarında saxlaması və oradan uzaqlaşması kameralarda qeydə alınıb.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar