Türkiyə ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb
09.10.2017 724 0.0 0

Türkiyə rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.

 

Məlumata görə, bu barədə Türkiyənin Vaşinqtondakı səfirliyinin “Tvitter” səhifəsində bildirilir.

 

Ötən gün ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı baş konsulluğunun əməkdaşının həbsi səbəb olub.

 

Qeyd edək ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuz FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar