Trampın inauqurasiyasından sonra 10 ən zəngin amerikalı 16 mlrd. dollar varlanıb
30.01.2017 821 0.0 0

ABŞ-ın yeni prezidenti Donald Trampın inauqurasiyasından sonra 1 həftə ərzində "Forbes" jurnalının reytinqində yer alan 10 ən zəngin amerikalı 15,8 mlrd. dollar varlanıb. "APA-Economics" jurnalın yaydığı məlumata istinadən xəbər verir ki, buna səbəb "Dow Jones" indeksinin rekord səviyyədə artmasıdır və səhmlərin kəskin bahalaşmasıdır.

 

Yanvarın 20-27-də ən çox "Berkshire Hathaway" konqlomeratının rəhbəri Uorren Baffet varlanıb - 2,5 mlrd. dollar. Beləliklə, Baffetin sərvəti 74 mlrd. dollara çatıb. "Forbes" jurnalının versiyasına görə, hazırda investor 85 mlrd. dollarlıq sərvəti olan "Mcrosoft" korporasiyasının rəhbəri Bill Qeytsdən sonra dünyanın ikinci ən zəngin insanıdır.

 

Qeyd edilən müddət ərzində "Facebook"un təsisçisi və rəhbəri Mark Zukerberqin sərvəti 2,1 mlrd. dollar artaraq 55,4 mlrd. dollara çatıb. Bu, şirkətin bazar dəyərinin kəskin artması hesabına baş verib. 2016-cı ilin sonundan etibarən şirkətin səhmlərinin nominal dəyəri 15% bahalaşıb.

 

Ən zəngin 10 amerikalıdan biri olan "Oracle" şirkətinin təsisçisi Larri Ellison həftə ərzində həmkarlarından daha az varlanıb. Yalnız Ellisonun sərvəti həftə ərzində 1 mlrd. dollardan az artıb - 985 mln. dollar. Qeyd edək ki, Ellisonun sərvəti 49,6 mlrd. dollardır.

 

Qeyd edilən dövr ərzində "Inditex" ("Zara", "Massimo Dutti" və s. brendləri özündə birləşdirən) şirkətinin sahibi Amansio Orteqanın sərvəti 370 mln. dollar azalaraq 71,3 mlrd. dollar təşkil edib.

 

"Dom Perignon", "Bulgari", "Louis Vuitton", "Sephora" və "Tag Heuer" brendlərinin sahibi Bernar Arno 68 mln. dollar "kasıblayıb". Hazırda onun sörvəti 41,5 mlrd. dollara enib.

 

Trampın ABŞ-Meksika sərhədində divar tikmək planına baxmayaraq, meksikalı milyarder Karlos Slim 1,6 mlrd. dollar varlanıb. Meksikalının sərvəti 50 mlrd. dollara çatıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar