CƏBHƏDƏ ŞİDDƏTLİ ATIŞMADA ERMƏNİLƏR ÇOXSAYLI İTKİ VERDİ.
09.12.2014 786 0.0 0

Qazeta.info Müdafiə Nazirliyinə istinadən bildirir ki, Dekabrın 8-də axşam saatlarında cəbhənin cənub istiqamətində erməni kəşfiyyat-təxribat qrupları təmas xəttini keçməyə cəhd göstəriblər.
Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı çoxsaylı itki verən ermənilər geri çəkilməyə məcbur edilib.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən heç bir itki yoxdur, cəbhə boyu vəziyyətə tam nəzarət edilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar