NÜFUZLU ƏL-QAİDƏ LİDERLƏRİNDƏN BİRİ ABŞ-DA VƏFAT ETDİ
03.01.2015 753 0.0 0

.

“Əl-Qaidə” terror təşkilatının nüfuzlu liderlərindən biri Əbu Ənas əl-Libi Nyu-Yorkda dünyasını dəyişib.

 

RİA “Novosti”-nin   verdiyi məlumata görə, Əbu Ənas əl-Libi 1998-ci Keniya və Tanzaniyada ABŞ səfirliklərinə terror hücumunun təşkilində ittiham olunur.

 

Əsl adı Nazih Əbd-əl-Hamid ər-Ruhai olan terrorçu 10 ildən çox axtarışda olub və ABŞ onun tutulması üçün 5 milyon dollar mükafat təyin edib. Əl-Libi 2013-cü ildə Tripoli yaxınlığında ABŞ xüsusi xidmət orqanları tərəfindən ələ keçirilib. Həmin ay da Nyu-Yorkda məhkəmə qarşısına çıxıb.

 

Əl-Libi 1994-cü ildən “Əl-Qaidə” sıralarında döyüşüb və Üsamə bin-Ladenin etibarlı adamlarından sayılır.

 

Onun törətdiyi iddia edilən, Keniya və Tanzaniyada baş vermiş terror hücumlarında 12 amerikalı, 220 keniyalı həlak olub//APA.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar